Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada evdən oğurluq edən şəxslər saxlanılıb

09.12.2021 [12:32]

Xəbərin mətni

Bakı şəhər sakini Quba Rayon Polis Şöbəsinə müraciət edərək, Quba rayonunun Digah kəndindəki evinin qapısının sındırılaraq oğurluq edildiyini bildirib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.