#prokurorluqdanizah həştəqi altında təqdim olunan növbəti videoçarxda xuliqanlıqla bağlı məlumat verilib
09.12.2021 [15:39]
Xəbərin mətni
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.