Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beyləqanda şəhidlərin xatirəsinə tikilən bulağın açılışı olub

10.12.2021 [10:10]

Xəbərin mətni

Beyləqan rayonu Təzəkənd kəndində şəhid Ruslan Yunislinin xatirəsinə Şəhidlər bulağının açılışı olub. Bulaq kompleksində Ruslanla bərabər, Təzəkənd kəndinin Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarının da xatirəsi yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər bulağının açılışında rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, məktəblilər kənd ictimaiyyəti iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları Təzəkənd kəndində yerləşən Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və ruhuna dualar oxuyublar. Daha sonra kənd mərkəzində inşa edilən Şəhidlər bulağının açılışı olub. Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.