SLAYDŞOU


Bu gün Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsindən bir il ötür

Düz bir il əvvəl - dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirilib.AZƏRTAC xəbər verir ki, təntənəli hərbi parad 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu.