Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağstafada arx və kanallar lildən təmizlənir

10.12.2021 [15:08]

Xəbərin mətni

Ağstafa Suvarma Sistemləri İdarəsi rayonun 19507 hektar əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Bu sahələrin suvarılması zamanı su itkisinin qarşısını almaq məqsədilə torpaq kanalların beton üzlüklə əvəz olunması işləri hər il davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Poylu, Dağkəsəmən və Xətai kəndlərinin 1100 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edən 14,5 kilometr uzunluğunda Poylu arxının beton üzlüyə alınması üçün layihə-smeta sənədləri hazırlanıb və bu il 1,2 kilometr hissəsində arxın beton üzlüyə alınması işlərinə başlanılıb. Artıq yaxın günlərdə həmin hissədə işlər tam yekunlaşacaq.