Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər rayonunda on avtomobilin akkumulyatorlarını oğurlayan şəxslər saxlanılıblar

10.12.2021 [16:13]

Xəbərin mətni

Xəzər rayonunun Qala qəsəbə sakini olan bir nəfər rayon polis idarəsinin 3-cü polis bölməsinə məlumat verərək, avtomobilinin akkumulyatorunun naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazidə yaşayan daha 9 sakindən polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumlyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.