Azərbaycanın QHT nümayəndələri Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər
10.12.2021 [19:20]
Xəbərin mətni
Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.