Latviyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub
11.12.2021 [14:59]
Xəbərin mətni
Dekabrın 10-da Azərbaycan Respublikasının Latviyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ölkənin sabiq Prezidenti Valdis Zatlers, Xarici İşlər Nazirliyinin İkitərəfli Əlaqələr Direktoratlığının baş direktoru Nils Yansons, Türkiyə, Rusiya, Ukrayna, Moldova və Qazaxıstanın səfirləri, eləcə də Latviyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.