Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda polis əməkdaşları ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirib

13.12.2021 [16:16]

Xəbərin mətni

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub. Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI