Qubada şəhid Ömər Mustafayevin adını daşıyan park istifadəyə verilib
14.12.2021 [16:12]
Xəbərin mətni
Qubanın Amsarqışlaq kəndində Vətən müharibəsi şəhidi Ömər Mustafayevin adını daşıyan park və bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1200 kvadratmetr sahəsi olan parkda 50-dən çox ağac əkilib, yaşıllıq zolağı salınıb, oturacaqlar və uşaqlar üçün attraksionlar quraşdırılıb. Parka içməli su xətti çəkilib, bulaq inşa edilib, ərazidə işıqlandırma sistemi qurulub.