Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

17.12.2021 [10:31]

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonunun Poylu-Sadıqlı avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb. Belə ki, Ağstafa şəhəri istiqamətində hərəkətdə olan VAZ 2107 markalı minik maşını yüksək sürətlə hərəkətdə olduğundan idaretmədən çıxaraq yol kənarındakı ağaca cırpılıb. Qəza zamanı avtomobili idarə edən 19 yaşlı Nicat Tağıyev hadisə yerində ölüb. Avtomobildə olan digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıb. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI