Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nardan baha satılan narşərab

17.12.2021 [17:07]

Xəbərin mətni

Azərbaycanın bir çox rayonlarında nar bağı olsa da, Vətəni Göyçay hesab edilir. Göyçayın bütün kəndlərində nar bağlarına rast gəlmək mümkündür. Fermerlər bağ salarkən, əsasən, narın “Gülövşə”, “Balamürsəl”, “Vələs”, “Şıxbaba” və şirin nar növlərinə üstünlük verirlər. Sentyabrın ilk günlərindən məhsul yığmağa başlayan fermerlər məhsulu Rusiya bazarlarına çıxarır, eləcə də paytaxt və region bazarlarında satırlar. Bazara çıxarılmayan məhsulu isə şirə emalı zavodları alır. Bundan əlavə, bol vitamin deposu, şəfa qaynağı olan nardan ev şəraitində nar şirəsi, narşərab, nar turşusu, nar çaxırı, limonad, mürəbbə və kompot da hazırlanır.