CƏMİYYƏT


Saatlıda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib

Saatlıda rayonunda yanğın hadisəsi baş verib. Hadisə hər bir mərtəbəsi 182 kvadratmetr olmaqla ümumi sahəsi 364 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan və yaralanan olmayıb lakin ev yararsız hala düşüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi dekabrın 17-də saat 18 radələrində Saatlı rayonu Qara Nuru kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Evdə başlayan yanğın qısa müddətdə güclənib və evin ikinci mərtəbəsində daha genişlənib.