Füzuli rayonunda koronavirusa qarşı 1-ci və 2-ci doza peyvəndin vurulması tam olaraq yerinə yetirilib
18.12.2021 [12:19]
Xəbərin mətni
Füzuli rayonunda COVID-19-a qarşı peyvəndləmə prosesi davam edir. Rayon üzrə 1-ci və 2-ci doza peyvəndin vurulması tam olaraq yerinə yetirilib. Artıq sakinlər 3-cü doza üçün müraciət edirlər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Qurbanovun sözlərinə görə, vaksinasiya üçün stasionar və səyyar xidmət qrupları fəaliyyət göstərir.