CƏMİYYƏT


Özlərini dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb

Dekabrın 18-də Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib. O, tanımadığı 2 nəfərin özlərini guya dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər.