CƏMİYYƏT


Füzuli rayonunda həyata keçirilən Sürətli Təsir layihələrinin təqdimatı olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Füzuli rayonunda yerli icmanın təşəbbüsü ilə həyata keçirilən üç Sürətli Təsir Layihəsinə yekun vurub. Layihə çərçivəsində Qazaxlılar və Əhmədalılar kəndlərində əhəmiyyət kəsb edən bir neçə ictimai yol (hər kənddə 15 kilometr uzunluğunda) yenidən qurulub ki, bu da 700-dən çox ailənin məktəblərə, xəstəxanalara və digər ictimai xidmətlərə daha yaxşı çıxışını təmin etməyə kömək edib. Horadiz şəhərində isə 120 evə su təchizatının yaxşılaşdırılması məqsədilə suvarma xətti çəkilib.