Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Ötən sutka 20 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

21.12.2021 [13:49]

Xəbərin mətni

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 20 halda yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI