CƏMİYYƏT


Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilir

Bakıda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Aqrobiznesin İnkişafı Forumu keçirilir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının, FAO-nun və Dünya Bankının Azərbaycan nümayəndəliklərinin təmsilçiləri, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.