FHN: Ötən sutka ikisi azyaşlı olmaqla altı nəfər xilas edilib
22.12.2021 [12:08]
Xəbərin mətni
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 32 halda yanğına çıxış, dörd halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.