SİYASƏT


Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Dekabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın Müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.