Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hüseyn Əmir Abdullahian: İran Azərbaycanı ən yaxın dostlarından biri hesab edir

22.12.2021 [22:30]

Xəbərin mətni

Biz son 4 ayda çox sıx əlaqə qurmuşuq, üç görüşümüz, mütəmadi telefon danışıqlarımız olub. Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi və iki ölkə arasında əhəmiyyətli razılaşmalar əldə edildi. Bu razılaşmalar münasibətimizi daha da gücləndirəcək və inanıram ki, yaxın gələcəkdə öz səmərəsini verəcək.AZƏRTAC xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.