CƏMİYYƏT


Hacıqabulda avtomobildə silah gəzdirən şəxs saxlanılıb

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənov idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb.