CƏMİYYƏT


Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib.Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.Həyata keçirilən silsilə tədbirlər çərçivəsində S.Vurğun küçəsi 85, Mərdanov qardaşları küçəsi 102, və Bakıxanov küçəsi 30 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.