CƏMİYYƏT


Pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər eyni əməllə məşğul olduqları üçün saxlanılıblar

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilib. Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Kənan Əhmədov, Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.