SİYASƏT
Ankarada dəyirmi masa: Şuşa Bəyannaməsi XXI əsrin beynəlxalq əhəmiyyətli tarixi qalibiyyət sənədidir
24.12.2021 [13:25]
Xəbərin mətni
AZƏRTAC-ın Türkiyə bürosu 2021-ci ilin yekunları ilə əlaqədar görkəmli ictimai-siyasi xadimlərinin, tanınmış alimlərin fikir və düşüncələrini geniş ictimaiyyətə çatdırmaq üçün Ankarada dəyirmi masa təşkil edib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən dəyirmi masada rəsmi şəxslər, hazırkı və sabiq deputatlar, diplomatlar, sabiq səfirlər, media təmsilçiləri iştirak ediblər.