CƏMİYYƏT


Emin Hüseynov: Azad edilmiş ərazilərdə müxtəlif alternativ enerji mənbələrinin yaradılması planlaşdırılır

2021-ci ildə başlamış işlər gələn il qrafikə uyğun davam etdiriləcək. Bundan başqa, xüsusi dövlət proqramı hazırlanır. Azərbaycan 2030-cu il üçün sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə qarşıya qoyulan hədəfləri yerinə yetirmək üçün çalışır. Həmçinin işğaldan azad olunmuş torpaqlara qayıdışla bağlı ərazilərin, insanların reinteqrasiyası hazırlanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş (Şuşa rayonu istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.