CƏMİYYƏT


Çoxuşaqlı ailələrə verilən müavinətlərin artması xəbəri Tovuzun dağ kəndində yaşayan Məmmədovlar ailəsini də sevindirib

Ölkə vətəndaşlarının sosial rifahının davamlı artırılması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ardıcıl və uğurla reallaşdırılan sosial islahatların növbəti mərhələsidir. Dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncama əsasən yeni islahatlar mərhələsinə başlanılıb.