CƏMİYYƏT


Nərimanov rayonunda pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Rayon ərazisində ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Mehman Abbasov və İlqar Qədirov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.