Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdab rayon sakini şikayətinə operativ qaydada baxılaraq həll olunmasına görə Baş Prokurorluğa minnətdarlığını bildirib

29.12.2021 [12:36]

Xəbərin mətni

Zərdab rayon sakini Baş Prokurorluğa minnətdarlığını bildirib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab rayon sakini Qiyas Cavadova məxsus örüş sahəsinin istifadə hüququ ilə bağlı rayon prokurorluğuna müraciət edib.Prokurorluğa müraciət edərək məmnun qalan Qiyas Cavadov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.Həmin videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI