Azərbaycan Dövlət İnformasiya Agentliyi

Himalay Məmişov: Son dörd ildə yaşayış minimumu 26 faiz artaraq 196 manat olub

29.12.2021 [14:49]

Xəbərin mətni

Son 4 ildə minimum pensiya 82 faiz artaraq 200 manat olub. Həmin dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib. Son 4 ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu statistika Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında səslənib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI