Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibədə yaralanan qazilərə 4800-ə yaxın sosial ödəniş təyin edilib

29.12.2021 [16:15]

Xəbərin mətni

Bu ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləği orta hesabla 50 faiz artırılmaqla ödənilib. Şəhid ailələrinə 15 min 800-dən çox, müharibədə yaralanan qazilərə 4800-ə yaxın sosial ödəniş təyin edilib. Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) əməkdaşları 1300 qazini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bunu ilin yekunlarına həsr olunan mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə sosial dəstək tədbirləri haqqında danışarkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI