“YAŞAT” Fondu Türkiyədə müalicə alan qazilərimizi ailə üzvləri ilə görüşdürüb
29.12.2021 [19:19]
Xəbərin mətni
“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qazilərinin ailə üzvləri üçün xüsusi layihə baş tutub.AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində dekabrın 26-dan yanvarın 2-dək Türkiyədə müalicəsi davam etdirilən yeddi qazimizin 19 ailə üzvünün qardaş ölkəyə səfəri keçirilir.Layihənin əsas məqsədi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında qazilərimizin ailə üzvləri, eləcə də yaxınları ilə birlikdə olmalarını təmin etmək, onlara xoş əhval-ruhiyyə və bayram sevincini yaşatmaqdır.