Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibədə iştirak edənlərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra elektron sistemə yerləşdiriləcək

30.12.2021 [12:59]

Xəbərin mətni

Yanvar ayı ərzində müvafiq güc qurumları öz nəzdlərində xidmət keçən hərbi qulluqçuların və ya müharibədə iştirak edənlərin siyahısını Nazirlər Kabinetinə göndərib razılaşdıracaqlar və onlara müharibə veteranı vəsiqəsi veriləcək. Sonra həmin şəxslərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə yerləşdiriləcək. Bundan sonra həmin şəxslərə 80 manat aylıq təqaüd təyin olunacaq.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI