Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Nizami rayonunda bankda pul xırdalayıb çıxan vətəndaşa qarşı sanitar qovşağında quldurluq edən şəxs saxlanılıb

30.12.2021 [15:44]

Xəbərin mətni

Dekabrın 23-də paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. Hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI