İsmayıllıda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu, 13 nəfər xəsarət aldı
30.12.2021 [16:08]
Xəbərin mətni
İsmayıllıda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 13 nəfərin xəsarət almasına səbəb olub.AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, Bakıdan Şəki istiqamətinə hərəkət edən sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində minik avtomobili ilə toqquşub. Qəza nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.