Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda şəhid Toğrul Xudiyevin xatirəsi anılıb

31.12.2021 [12:52]

Xəbərin mətni

Beyləqanda Vətən müharibəsi şəhidi Toğrul Xudiyevin xatirəsi anılıb. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri və məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və qazanılan şanlı Qələbədən söhbət açıblar. Sonra məktəblilər tərəfindən Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI