Bayram günlərində hind toyuğuna tələbat artıb – Ağstafadan reportaj
31.12.2021 [13:23]
Xəbərin mətni
Ölkəmizdə hind toyuğu ətinə tələbat ildən-ilə artmaqdadır. İnsan orqanizmi üçün faydalarını saymaqla qurtarmır. Bu ev quşları həm də gəlirli olması ilə diqqəti çəkir. Belə ki, Yeni il ərəfəsində istehlakçıların hind toyuqlarına tələbatı daha da artır.
AZƏRTAC xəbər verir ki, Ağstafada fərdi təsərrüfatlarda bəslənən hind toyuqlarını təsərrüfat sahibləri bu il ötənilkindən baha qiymətə satırlar. Elə buna görə də növbəti illərdə quşçuluğun bu sahəsini bir qədər də genişləndirməkdə maraqlıdırlar.