Həmrəylik Günü münasibətilə videoçarx təqdim olunub
31.12.2021 [15:01]
Xəbərin mətni
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildirilib ki, DİDK-nın və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.