Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Bizim qonşu dövlətlərlə uğurla inkişaf edən əlaqələrimiz dostluq, əməkdaşlıq üzərində qurulub

01.01.2022 [13:08]

Xəbərin mətni

Bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi. Bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulub. Türkiyə ilə bu il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI