Beyləqanda “Bayramınız mübarək, qəhrəman övladları” adlı bayram şənliyi təşkil edilib
01.01.2022 [13:15]
Xəbərin mətni
Beyləqan rayonunda şəhid övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş “Bayramınız mübarək, qəhrəman övladları!” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə 100-ə yaxın şəhid övladı iştirak edib.