Siyəzəndə yaşayan yüz yaşlı Əmrah babanın uzunömürlülüyünün sirri
02.01.2022 [11:10]
Xəbərin mətni
Siyəzən sakini Əmrah Məmmədov şimal bölgəsində yaşı yüzü ötən üç nəfərdən biridir. 100 yaşlı Əmrah baba rayonun Böyük Həmyə kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məmmədov Əmrah Hacəli oğlu 1921-ci il yanvarın 20-də Siyəzən rayonunun Böyük Həmyə kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma kəndində keçən Əmrah Məmmədov 20 yaşı olanda hərbi xidmətə yollanıb.