Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Beyləqanın ilk şəhidi olan Röyal Cəfərlinin xatirəsi anılıb

04.01.2022 [10:02]

Xəbərin mətni

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Röyal Cəfərlinin doğum günündə xatirəsi yad edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Zəfər yürüşündə qəhrəmanlıq dastanını öz qanları ilə yazan şəhidlərdən biri də Cəfərli Röyal İkrəm oğludur. Vətən müharibəsində Beyləqanın ilk şəhidi olan Röyalın doğum günü ondan qalan qəhrəmanlıq dolu xatirələri ilə qeyd olunur. Yaşasaydı 23 yaşı tamam olacaqdı qəhrəmanımızın. Röyalın 23-cü doğum günü ilə əlaqədar onun ailəsi, dostları, döyüşçü yoldaşları məzarını ziyarət ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI