Azərbaycanlı mütəxəssislər 200-dən çox yeni pomidor sortu üzərində seleksiya aparırlar
04.01.2022 [14:34]
Xəbərin mətni
Bir çox tərəvəz kimi pomidorun da insan orqanizmi üçün faydaları var. Bu tərəvəz insanı ürək, diabet, xərçəng xəstəliklərindən qorumaqda mühüm rol oynayır. Eyni zamanda, dəri və saç sağlamlığına faydalıdır, artıq çəkilərdən azad olmağa kömək edir.
AZƏRTAC-ın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə məxsus istixanada olub, burada aparılan seleksiya işləri haqqında məlumat əldə ediblər.