Vətən müharibəsinin qazilərinin Türkiyədə müalicəsi uğurla davam edir
05.01.2022 [11:02]
Xəbərin mətni
Ankarada müayinə və müalicələrini uğurla davam etdirən qazilərimiz Oğuz Nəzərli və İntiqam Güloğlanlı ilə söhbətlərimiz olduqca səmimi keçdi. Hər iki qəhrəman 44 günlük Vətən müharibəsində igidlik göstərərək yaralanıblar. Göstərilən diqqət və qayğıdan çox razıdırlar.İgid döyüşçülərimiz kimi qazi Oğuz Nəzərlinin atası da nikbindir.Qazilərimizin müalicəsinə, şəhid və qazi ailələrinin sosial həyatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıda minnətdarlığını ifadə edən qazi atası Azər Nəzərli Ankaradakı doğma münasibətə görə bütün Türkiyə xalqına minnətdarlığını ifadə edib.