Yevlaxda torpaq məcralı kanal beton üzlüyə alınıb
05.01.2022 [12:27]
Xəbərin mətni
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Odur ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Ariz Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Yevlax rayonunda əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı və subartezian quyularıdır.