Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədi rayonunda evdən içərisində pul qızıl-zinət əyaları və qol saatları olan seyfi oğurlayan şəxslər saxlanılıblar

06.01.2022 [17:29]

Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr - 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI