Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu qeyd ediblər

07.01.2022 [14:54]

Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, bu bayram Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür.