Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanunsuz ov nəticəsində Araz çayında balıqlar kütləvi azalır

07.01.2022 [16:37]

Xəbərin mətni

Araz çayında balıqların kütləvi azalması müşahidə olunur. Hətta elə balıq növləri var ki, onlara artıq rast gəlinmir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40 yaşlı İmişli rayon sakini Vaqif Şahbazov asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirir. O deyir ki, balıq tutmaq üçün maraq və çoxlu səbir lazımdır. Balıqçılıqla məşğul olanda həm təbiət qoynunda təmiz hava almaq, həm də ruzi əldə etmək mümkündür. Amma indi bu sahəyə maraq da, səbir də tükənir. Buna səbəb isə çayda əvvəlki qədər balığın olmamasıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI