Biləsuvarda yeddi kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanıb
08.01.2022 [12:05]
Xəbərin mətni
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onlardan ümumilikdə yeddi kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.