Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda hərəkət qaydalarının pozulması ilə bağlı 20-dək protokol tərtib olunub

09.01.2022 [13:52]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI